Konserti ləğv edilən müğənni ağır danışdı: Şərəfsizlər...

26-10-2018, 15:46           
Konserti ləğv edilən müğənni ağır danışdı: Şərəfsizlər...
Ərdəbilli müğənni Peyman Keyvaninin 25 noyabrda Ərdəbildə keçirilməsi planlaşdırılan konserti ləğv edilib.
Müğənni konsert proqramının ləğv edilməsinə özünün İnstaqram səhifəsində etiraz edib.
“Salam dostlar. Konsert 25 noyabrda Ərdəbildə icra olunmayacaq. Həqiqət budur ki, hər gün problem yaşamağa əsəblərim dözmür. İnşallah, paytaxt müğənniləri gəlib sizə konsert verəcəklər. Bir gəncin qürurunun sınmasına səbəb və yerli müğənnilərin konsertinə mane olanlar sevinsin. Biz də sevinəcəyik, amma onda ki...
Keçəcək zaman, gələcək o gün
Qara torpağın dadasan dadın...
Bizim Allahdan başqa arxalanacağımız heç kim yoxdur. Elə ona görə sizi Allaha tapşırıram. Heç vaxt şərəfsizlər qarşısında başımı əymədim, yaltaqlanmadım, haqqımı istədim, alınmadı. Önəmli deyil, başıma fəda olsun”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru