Ancelina Coli Mərkəzi Kəşfiyyat İdarəsinin agentidir — İDDİA

27-10-2018, 00:09           
Ancelina Coli Mərkəzi Kəşfiyyat İdarəsinin agentidir — İDDİA
Hollivud ulduzu Ancelina Coli haqqında bir iddia ortaya atılıb.
“Ölkə.Az” xəbər verir ki, Veneseula milli məclisinin sədri Diosdado Kabello Colinin CİA əməkdaşı olduğunu bildirib.

“Peruda Venesuela xalqına çox yaxşı davranan bir aktrisa var idi. Özünü o qədər sevimli aparırdı ki, Venesuelanın əhalisini və ya harada yerləşdiyini soruşsan, cavab verə bilməyəcəyindən əminəm”, – deyə Kabello lağ edib. Kabello eyni zamanda Ancelinanın BMT-nin xüsusi səfiri kimi həyata keçirdiyi üç günlük səfəri “sənət əsəri” adlandırıb.

“Əsl məsələ dünyaya vurduğu ziyandır. Çünki onu Liviyaya göndərdilər, eyni işi etmək üçün Suriyaya da göndərdilər. Afrikaya, imperializmin işğal etdiyi bütün ölkələrə göndərdilər. Onun səfərindən sonra o ölkələrdə baş verənləri hamı bilir”,- deyə siyasətçi əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.