“Toppuş bacı”nı oğru adlandıran Mirkamil: “Mən heç kiməm”
31-10-2018, 13:03
Ötən gün müğənni Mirkamil Kamilov sosial şəbəkədə əməkdar artist Tünzalə Əliyevanın “Haqqımı sizə halal etmirəm. Haqqımda yalan xəbər yayanlara Allah mənim xəstəliyimdən nəsib etsin. Onlar mənim çəkdiyim əziyyətləri çəksin” sözlərinə biganə qalmayıb.
Primetime.az xəbər verir ki, müğənni aktrisanın ünvanına “Bacım, ilk növbədə bu gözəl qarğışa görə sənə dərin təşəkkürümü bildirirəm. Zəhmət olmasa, yoldaşına deyərsən, Lənkəranda hər birimizin anası olan və rəhmətlik böyük qardaşımın balalarının boğazından kəsilib sizə göndərilən pulu, bir də Mələkxanım xanımın göndərdiyi 2 min manatı hazırlasın yavaş-yavaş. Oğru ailəsinə “dvijeniya” fikirləşən yoldaşın mütləq bu yazımı oxuyacaq. Yaxın günlərdə əlaqə saxlayacam. Mələkxanımın 2 mini mənə çatacaq, öz qohumumun pulunu rahat xərcləyə bilərəm” sözlərini yazıb.
Daha sonra isə M.Kamilov ATV-də yayımlanan “Bizimləsən” verilişinə telefon bağlantısı edərək, paylaşımına aydınlıq gətirib:
“Siz onu sağalması üçün verilişə çağırdınız və hamı dəstək oldu. Mən bunu alqışlayıram. Həmin ərəfədə imkanım olmadığı üçün ona dəstək ola bilmədim. Onun yoldaşını yanında çox görmədim. Xoşbəxt günlərində tez-tez görürdüm. Onun onu heç vaxt atmağa ixtiyarı yoxdur. Mən özümdə 4-5 xəstəliyin çarəsini tapıb sağaltmışam. İnsan özünü ev şəraitində müalicə edə bilər.
Lənkəran söhbətinə qalanda isə Azərbaycanın hər bir bölgəsi mənə əzizdir, doğmadır. Mən orada böyük qardaşımın obyektlərində çörək yemişəm. Bunu itirə bilmərəm. İtirənin gözündən gələr. Mən düşünürdüm ki, əgər bu söhbətin içində dələduzluq varsa, xalqı bəyəm avam görüblər?! Onda mən də 4-5 xəstəliyim olan dövrdə çıxıb deyərdim ki, hərə bir manatdan yığışsın. Siz də onun yaxşılığını istəyirsiniz. Mən sizi çox gözəl dərk edirəm, sənin ürəyini bilirəm”.
Maraqlısı budur ki, müğənni yenidən paylaşım edərək, Allahdan özünə şəfa diləyib:
“Allahım mənim qaçan başıma şəfa ver, amin İnşallah. Dəli olum, dərdimə yansınlar. Mənə nifrət edənləri də Allah xoşbət eləsin. Mən heç kiməm, toz-torpağam. Bir də məni qalmaqallı mövzuda görməyəcəksiniz. Azərbaycan qanunvericiliyini qaçan başımla az da olsa oxumuşam və məsləhətdir oxumaq”.