"Nəticədə hamımız insanıq. Mən də sizlərdən biriyəm".

31-10-2018, 18:17           
"Nəticədə hamımız insanıq. Mən də sizlərdən biriyəm".
Hər zaman həmkarları və sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunan Damla onlara cavab verib.
UlduzumSan.Az-ın məlumatına görə, ifaçı onu qınayanlardan gileylənib : "Bu sahəyə gəldiyim gündən atmacalar, qınaqlar, iradlar həmişə mənimlə oldu. Düz 18 yaşımdan işləyirəm. Az çox qazandığım məvaciblə ailəmin, övladımın ehtiyaclarını ödəməyə çalışmışam. Bəzən şərhlərdə yazılan bəzi yazılar məni çox üzür. "Gör Allah pulu kimlərə verir", "bunlar keflə pul qazanırlar", "camaat zülmlə fəhləlik edir, gecə-gündüz əziyyət çəkir. Ancaq bunlar yağın balın içində yaşayırlar". Sosial şəbəkələrdə bu cür sözlər yazan izləyiciləri əslində qınamıram. Çünki kənardan elə görürlər. Nə bilsinler ki, isti ev yeməklərindən, yatağımızdan, rahat dəmlənmiş çayımızdan biz də məhrum oluruq. Mən özümü o insanlardan biri bilirəm. Onlarla özümdə bir fərq görmürəm. Nə rütbəmiz, nə vəzifəmiz, nə də məşhurluğumuz heç nəyi dəyişmir. Nəticədə hamımız insanıq. Mən də sizlərdən biriyəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru