Xalq artistinə şantaj: “Bağı mənə verməsən, qızını zorlatdıracağam!” - VİDEO

2-11-2018, 12:48           
Xalq artistinə şantaj: “Bağı mənə verməsən, qızını zorlatdıracağam!” - VİDEO
Ərinin 4-cü arvadını döyən xalq artistinin adı açıqlanıb.

AzNews.az xəbər verir ki, ATV televiziyasının “Bizimləsən” verilişinin qonağı olan Şəmsiyyə adlı qadın, onu döyən xalq artistinin Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Qərinə Kərimova olduğunu deyib.

Qənirə Kərimova isə sözügedən verilişə gələrək Şəmsiyyə tərəfindən hədələndiyini deyib:

“Şəmsiyyə xanımın işi məhkəmədədir, mənim şəxsi mülkiyyətimə özbaşına girdiyinə görə barəsində çinayət işi açılıb. Hər kəs seçdiyi həyatı yaşayır. Ya gülür, ya ağlayır. Gərək kiminsə əlində oyuncaq olmayasan. Əgər kimsə bu cür həyat tərzi seçibsə, göz yaşına hazır olmalıdır. Mən rəhmətliklə 25 il ömür yaşamışam. Bir qız övladımız var. 35 ildir ki, işləyirəm. İkimiz əl-ələ verib ev qurub, bağı da yavaş-yavaş tikmişik. Bir şeyi başa düşə bilmirəm, bu boyda məmləkətdə bir dul kişi tapmadı ki, onunla ailə qursun? Niyə? Onun seçimi budurmu? Əgər o, kiminsə ərinin qucağına özünü atırsa… Kişi də kişidir. Əgər qadın öz xoşu ilə özünü onun qucağına atırsa təbbi istifadə etməlidir. Əcəb edir. Yaxşı arvadı olmusan. Sənin arvadlığın necə olub ki, kişi sənə bir çöp vermədi? Mən günahkar deyiləm. 25 ildir bu kişi ilə yaşayıram, niyə utanmalıyam? Kişi öləndən sonra bu xanım mənə bir kağız parçası göstərir ki, bağdan guya ona pay verilib. Məni şantaj etdirir. Əgər o bağı mənə verməsən qızını zorlatdıracam. Mən nələr çəkmişəm? Mən ərimin rəsmi həyat yoldaşıyam. Səmsiyyə ilə bağlı heç bir rəsmi sənəd yoxdur. Hazırda dulam”.

Qeyd edək ki, Şəmsiyyə adlı qadın “ATV telekanalının “Bizimləsən” proqramına gələrək xalq artistinin onu döydüyünü, ərindən qalan evi əlindən almaq istədyini açıqlayıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.