Əbru Gündəş Bakıda: Aygünlə duet... - Video

4-11-2018, 09:21           
Əbru Gündəş Bakıda: Aygünlə duet... - Video
Türkiyənin tanınmış sənətçisi Əbru Gündəş uzun müddətdən sonra yenidən Bakıda konsert verib.

Publika.az xəbər verir ki, müğənni bu gün Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edib. Uzun illər sonra Bakıya gələn sənətçini azərbaycanlı pərəstişkarları böyük coşqu ilə qarşılayıb. Əbru Gündəş isə azərbaycan dilində "Sizi salamlayıram" deyərək onu dinləməyə gələn tamaşaçılarına xoş gəldin deyib.

Bakı üçün darıxdığını deyən Əbru Gündəş konsertdə bir neçə Azərbaycan mahnısını ifa edib. Konsertin yadda qalan məqamlarından biri gecənin səbəbkarı ilə illər öncə "Popstar" yarışmasında çıxış edən Aygün Mahmudovanın dueti olub. Onların çıxışı tamaşaçılara unudulmaz musiqi dəqiqələri yaşadıb.

Qeyd edək ki, Əbru Gündəş "Popstar" yarışmasının münsifi olub.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru