"Nə qədər müalicə olunsam da, bir xeyri olmayıb..." - Rasim Balayevdən üzücü xəbər

5-11-2018, 17:37           
"Nə qədər müalicə olunsam da, bir xeyri olmayıb..." - Rasim Balayevdən üzücü xəbər
Azərbaycanın xalq artisti, görkəmli aktyor Rasim Balayev müalicə almaq üçün sabah Türkiyənin Ankara şəhərinə yola düşəcək.

Teref.Az xəbər verir ki, bu barədə ölkə.az-a aktyor özü məlumat verib.

R.Balayev belindəki ağrıların hələ də davam etdiyini bildirib:

"Belimdə ağrılar yaranır. İndiyədək nə qədər müalicə olunsam da, bir xeyri olmayıb. Bakıda əməliyyat yolu ilə sağalacağım barədə təkliflər var idi. Ancaq özüm əməliyyat etdirmək istəmədim. Ankarada bir yaxşı həkim tapmışıq. İnşallah sabah ora yola düşəcəm".

Rasim Balayev bir neçə vaxt Türkiyədə müalicə olunacağını söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru