“Heç bir savadı yoxdur, himnimizdə eşələnir” - Rəşid Behbudovun qızı sərt danışdı

6-11-2018, 18:35           
“Heç bir savadı yoxdur, himnimizdə eşələnir” - Rəşid Behbudovun qızı sərt danışdı
Azərbaycanın korifey müğənnilərindən olan Rəşid Behbudovun qızı Rəşidə Rəşid parlamentdə Azərbaycan himninə dəyişiklik edilməsi ilə bağlı təklifə sərt reaksiya verib.

BakuPost xəbər verir ki, o, bu təklifi qeyri-peşəkar insanların etdiyini qeyd edib: "Azərbaycan himninə qarşı bu nə kampaniyadır başladılıb? Çəkin əllərinizi. Himn qalacaq və heç kim onun üzərində öz qeyri-peşəkar korrektələrini edə bilməz. Ey xalq! Soruşun ki, onlar dahi Üzeyir Hacıbəyovun himnindən nə istəyir? Kim orda heç bir savadı olmadığı halda müqəddəs himnimizdə eşələnir, zərər verir, satır? Sual verirəm, niyə?”

Xatırladaq ki, millət vəkili Tahir Kərimli Dövlət himninin qısaldılmasını, nəqarətlərin götürülməsini, qəmli notların yığışdırılmasını təklif edib. Bu təklif cəmiyyətdə birmənalı qarşılanmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.