Dünyanın ən seksual aktyorunun adı açıqlandı

7-11-2018, 08:12           
Dünyanın ən seksual aktyorunun adı açıqlandı
Britaniyalı aktyor "Mollinin oyunu", "Tor" franşizası, "Aramızdakı dağlar", "Qaranlıq Qala", "Star Trek" kimi filmlərdə rol alıb
Britaniyalı aktyor və "Lüter" serialının ulduzu İdris Elba "People" jurnalının versiyasına əsasən 2018-ci ilin ən seksual kişisi seçilib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Ola bilməz. Bu doğrudur? Mən güzgüyə baxdım və öz-özümə dedim. Bəli bu gün sən çox seksual görünürsən. Bu xoş sürpriz oldu və təbii ki, özünə inamı artırdı", — deyə 46 yaşlı aktyor jurnalın üz qabığında öz fotosunu görərkən keçirdiyi hisslər barədə danışarkən bildirib.

Qeyd edək ki, Britaniyalı aktyor "Mollinin oyunu", "Tor" franşizası, "Aramızdakı dağlar", "Qaranlıq Qala", "Star Trek" kimi filmlərdə rol alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru