"Billboard" nəşrinin "İlin qadını" mükafatının sahibi məlum olub

7-11-2018, 08:20           
"Billboard" nəşrinin "İlin qadını" mükafatının sahibi məlum olub
ər il "Billboard" nəşri tərəfindən verilən "İlin qadını" mükafatının laureatı amerikalı müğənni və aktrisa Ariana Qrande olub.

“Report” xəbər verir ki, bu barədə nəşrin saytı məlumat yayıb.

Bildirilir ki, mükafatın təqdimetmə mərasimi dekabrın 6-sı Nyu-Yorkda keçiriləcək 13-cü təntənəli "Musiqidə qadınlar" adlı nahar və konsertdə baş tutacaq.

"O cəsarətlidir, o, karyerasının ən yaxşı musiqilərini ərsəyə gətirir və o, "İlin qadını" adına tamamilə layiqdir", - deyə jurnalın vitse-prezidenti Ross Skarano bildirib.

Ötən il bu nüfuzlu mükafat 25 yaşlı müğənni Selena Qomesə verilmişdi.

"Billboard" jurnalı bundan əvvəl 2017-ci ilin ən yaxşı 100 mahnısının adını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru