“Mələklər” qadın alt geyimlərini nümayiş etdirdilər

8-11-2018, 00:09           
“Mələklər” qadın alt geyimlərini nümayiş etdirdilər
Dünya şöhrətli qadın alt geyimləri brendi olan Victoria's Secret sabah özünün ən son parlaq yaradıcılıq məhsullarını Victoria"s Secret Fashion Show adlı moda nümayişinə çıxaracaq

Dünya şöhrətli qadın alt geyimləri brendi olan Victoria's Secret hər il özünün ən son parlaq yaradıcılıq məhsullarını Victoria"s Secret Fashion Show adlı moda nümayişinə çıxarır.

Agentliklər bu möcüzəvi "mələk" şousunun pərdə arxasını fotokameraların yaddaşına köçürüb.

Hər il Victoria's Secret-in qadın alt geyimlərinin nümayişi ən baxımlı şouya çevrilir və o, ekran qarşısına milyonlarla tamaşaçı torlayır. Eyni zamanda dünyada populyar olan onlarla supermodel bu şouya cəlb edilir. Qızlar dəfiləni kürəklərinə taxdıqları qanadlarla podiuma çıxaraq təqdim etdikləri üçün, onları Victoria's Secret-in "mələklər"i adlandırırlar.

Victoria"s Secret-də fəaliyyət göstərən "mələklər" arasında Bella və Cici Hədid bacıları, Kendal Cenner, Adriana Lima, Elza Hoks, Behati Prinslu, Kendis Sveynpol, Lili Oldric, Teylor Hill, Jozefin Skriver, Leys Ribeyro və digər dünya səviyyəli möhtəşəm modellər var.

"Mələklər"in nümayişini müşayiət edən parlaq musiqilər də supermodellər kimi şounun vazkeçilməz hissəsidir. Hər il dəfilə məşhur şəxslərin, o cümlədən də dünyaca ünlü artistlərin iştirakı ilə keçir. Bu il isə dəfiləyə Bebe Rexha, Chainsmokers, Halsey, Kelsea Ballerini, Rita Ora, Shawn Mendes və The Struts kimi ünlülərin qatılacağı gözlənilir. Bu, hələ "ulduz siyahısı"nın bir parçasıdır.

Bu il Victoria's Secret Fashion Show noyabrın 8-də Nyu Yorkda keçiriləcək, telekanallarda isə yalnız dekabr ayında nümayiş etdiriləcək.

Sputnik Azərbaycan "mələk" nümayişinin səhnəarxasının ən baxımlı fotolarını təqdim edir.





















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.