“Qadın aparıcı yanını kreslonun küncünə qoyub elə oturur ki...” - İTTİHAM...
29-11-2018, 16:59
Televiziya aparıcısı Nanə Ağamalıyevə tanınmış sənətkarların verilişlərə gəlmək istəməməsindən gileylənib. Aparıcı bunun səbəbini vurğulamasa da, mövcud durumdan təəssüfünü ifadə edib.
Bəs məşhrur sənətkarlaırn efirlərdən uzaq qalmasına səbəb nədir? Niyə əsl sənətkarıların çoxu dəvət aldıqları verilişlərdə iştirak etməyə maraq göstərmir?
Moderator.az-a açıqlama verən tanınmış naşir, publisist Xeyrəddin Qoca bunun bir sıra amillərlə bağlı olduğunu vurğuladı:
“Aparıcı Nanə Ağamalıyeva deyir ki, sənətkarlar televiziya verilişlərinə gəlmək istəmirlər. Mən də FB-də status yazıb, Nanə xanımdan soruşuram ki, bilmirsiniz niyə gəlmirlər? Camaat "ürəkdən tikan çıxaran" rəylər yazırlar. Nanə xanım, düşük, ağzının danışığını bilməyən, savadsız, yüngül, bayağı gülüşlü, şit, gecə paltarında ekrana çıxan aparıcılar insanlarda ikrah hissi yaradır! Aparıcıların çoxu küçə adamlarına bənzəyirlər! Hərəkətləri, atmacaları, saxta, əttökən ədaları tamaşaçıları iyrəndirir! Mən də tez-tez televiziya verilişlərinə dəvət olunuram, amma bir bəhanə ilə getmirəm. "Niyə"sini də deyim: Üç-dörd şeiri olan bir gənc şairəni də dəvət edirlər və məndən soruşurlar ki, "bu xannımın şeirlərini oxumusunuz?" Mən də deyirəm "yox"! Aparıcı o dəqiqə soruşur ki, "niyə oxumamısınız?" Mən cavab verməyə məcbur oluram ki, "o, mənim əsərlərimi oxuyub?" Və yaxud, məni çağırırlar, bir meyxanaçı da dəvət edirlər. Mən danışdıqca meyxanaçı deyir ki, "siz dahisiniz! Mən sizin yanınızda nə danışa bilərəm?" Məcbur olub dillənirəm ki, "a bala, mən dahi deyiləm, axı! Məni ələ salmısan? Danışa bilmirsən, verilişə niyə gəlmisən?" Belə "söz güləşdirmək" tamaşaçıya lazım deyil, axı! Ekranlarda nə qədər davaların şahidi olmuşuq! Ekran gədə-güdə yığıncağıdır? Rəqqasələrin göbək rəqsləri adamlarda ikrah hissi doğurur, axı! Çünki yaxşı rəqs etmirlər və bacarmırlar! Gözəgəlimli əzalarını tərpətmək hələ rəqs deyildir! Kişinin dişi nə qədər ağarar? Elə hırıldayırlar ki, 32 dişləri görünür! Ayıbdır, axı! Heç düşünürsünüz ki, ekranların qarşısında nə qədər ağıllı, savadlı, mədəni, dünyagörüşlü insanlar əyləşib? Kiçik yaşlı uşaqlar, gənclər, qadın və qızlarımız televiziyalardan nə öyrənsinlər?!
Televiziyaların bəzi verilişlərinə dəvət olunanlar özlərini evdəki kimi aparırlar, elə bil, külli- ixtiyar sahibidirlər...Aparıcı- lap daha betərdirlər! Qadın aparıcı yanını kreslonun küncünə qoyub oturur, ortalığa atılıb oynayırlar. Oynaya bilsəydilər nə vardı ki! Qışqırıb-bağırırlar, həyasızlıq edirlər! Yersiz qonaqların sözünü kəsirlər! Ağızlarına gələni danışırlar! Falçılar, görücülər, mollalar ekranlardan düşmürlər! Bu ondan irəli gəlir ki, aparıcıların söz demək qabiliyyətləri yoxdur, efiri doldurmağa çalışırlar! Siz insanları nə hesab edirsiniz? Bunları bir kənara qoyaq, bəs redaktorlar, rejissorlar, televiziyaların rəhbərləri bütün bunları görmürlər?”