"Ərim imkan verməzdi mən kimdənsə nəsə dilənim" - Xərçəng xəstəliyindən əziyyət çəkən ifaçı VİDEO

30-11-2018, 19:37           
"Ərim imkan verməzdi mən kimdənsə nəsə dilənim" - Xərçəng xəstəliyindən əziyyət çəkən ifaçı VİDEO
"Mənim həyat yoldaşım Toppuş bacının həyat yoldaşından fərli olaraq heç vaxt imkan verməzdi ki, mən kiməsə ağız açım, kimdənsə nəsə dilənim".

Bu sözləri BiG.AZ-a açıqlamasında xərçəng xəstəliyinə qalib gələn müğənni Sabina Selcan deyib. Xanım ifaçı əməkdaşımızın "Toppuş bacı xəstəliyindən istifadə edib efirə çıxdı, hətta evinin ipoteka pulunu insanlara ödətdirdi. Siz niyə 5 il bundan öncə xəstəliyinizdən istifadə edib bununla piar olunmadınız, pul yığmadınız?" sualına belə cavab verib:

"Öncə onu deyim ki, Tünzalə xanımın aktrisalığına hörmət edirəm. Bir qadın, ana olaraq onu başa düşürəm. Amma mən heç vaxt xəstəliyimlə reklam olunmamışam, hətta bunu kiməsə deməyə belə utanmışam. Düşünmüşəm ki, mənə yazıq kimi baxacaqlar. Ağrılarım olanda belə evdən bayıra çıxmırdım, evdə otururdum, ancaq qadına köməyi ilk həyat yoldaşı etməlidir. Mənim həyat yoldaşım "Toppuş bacı"nın həyat yoldaşından fərli olaraq heç vaxt imkan verməzdi ki, mən kiməsə ağız açım, kimdənsə nəsə dilənim. Əri olan qadın üçün bu, düzgün deyil. Mən belə hesab edirəm. Mən tam sağalandan sonra bu xəstəliyim barədə kimsə nəsə bildi. O zaman da kimlərəsə məsləhət bilirdim ki, filan yerdə yaxşı həkim var, ona müraciət et. Mediaya, jurnalistlərə isə bu barədə açıqlamanı çox hörmət etdiyim prodüser Tolik bildirdi. Allah şahidimdir ki, heç özümün də xəbərim yox idi ki, o, bu barədə məlumat verəcək. Bu gün" adlı klipimi Türkiyədə külli miqdarda maddiyyat sərf edib piar etdim. Klipimi reklam etməklə məşğulam, xəstəliklə reklam olunmağıma ehtiyacım yoxdur".













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.