"Oğlumun boşanmış gəlinlə ailə qurmağına razı olaram" - Azərbaycanlı müğənnidən CƏSARƏTLİ AÇIQLAMA

5-12-2018, 16:38           
"Oğlumun boşanmış gəlinlə ailə qurmağına razı olaram" - Azərbaycanlı müğənnidən CƏSARƏTLİ AÇIQLAMA
"Mən oğluma görə çox şeyləri etməmişəm".
Teref.Az xəbər verir ki, bunu Afət Fərmanqızı aparıcı-prodüser Tarix Əliyevin (Tolik) "Oğlun bu gün desə ki, "Ana, oxuma", edərsənmi? sualına cavab verərkən deyib.
Müğənni Tolikin sualını "Ataram. Şükür Allaha, xalqımızın sayəsində şəraitimi elə qurmuşam ki, artıq toya getməsəm də olar, dolanaram" fikirləri ilə tamamlayıb.
Afət ona ünvanlanan "Oğlun müğənni qızla ailə qursa razı olarsan?" sualına verdiyi cəsarətli cavabı ilə studiayadakıları təəccübləndirib:
"Nəinki müğənni qızla, oğlum sevirsə, evlənib boşanmış gəlinlə də ailə qurmağına razı olaram. Hansı zəmanədə yaşayırıq axı?"
Qeyd edək ki, müğənninin oğlunun 21 yaşı var. Milli.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru