Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı

8-12-2018, 12:27           
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı
Teref.az yazır ki, Nyu-Yorkun məşhur "Davidzon Radio"sunun "Karavan" verilişinin budəfəki sayı Azərbaycanın Xalq artisti Rəşid Behbudova həsr edilib. AZƏRTAC xəbər verir ki, veriliş dünən axşam Bakı vaxtı ilə saat 23:00-da canlı olaraq yayımlanıb.

Verilişdə məşhur sənətkarın həyat və yaradıcılığından söhbət açılıb, repertuarından mahnılar səsləndirilib.
Rəşid Behbudov musiqisinin pərəstişkarları canlı verilişi http://www.davidzonradio.com/index620.php bu link vasitəsilə dinləyə bilərlər.

Qeyd edək ki, Nyu-York radiosu ilə yayımlanan "Karavan" verilişinin 10 ildir aparıcısı və müəllifi Boris Avezovdur. Ölkəmizi çox sevən müəllif öz verilişlərində tez-tez Azərbaycan musiqisindən, mədəniyyətindən, incəsənəti və tarixindən bəhs edən buraxılışlar təqdim edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru