Elçin Əlibəylinin verilişi bağlandı

9-12-2018, 11:35           
Elçin Əlibəylinin verilişi bağlandı
Elçin Əlibəylinin aparıcısı olduğu "Sehrli ilmələr" verilişi həmişəki vaxtda, şənbə günü saat 12:00-da yayımlanmayıb.

Teref.az metbuat.az-a istinadən bildirir ki, Elçin Əlibəyli xəbəri təsdiqləyib, amma əsas səbəbi açıqlamayıb. Açıqlama vermək səlahiyyətində olmadığını deyən aparıcı səbəbi Space TV-nin və layihənin sahibi "Azərxalça" ASC-nin daha dəqiq bildiyini söyləyib.

Space TV-nin icraçı direktoru Kamil Şahverdiyev verdiyi açıqlamada qeyd edib ki, layihə 1 aylıq nəzərdə tutulduğu üçün dayanıb.

O, həmçinin bildirib ki, 2019-cu ildə layihə yenidən davam edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru