Məşhur modeldən şok etiraf - "Fotoqraf məni 5 kişiyə satdı"

10-12-2018, 08:43           
Məşhur modeldən şok etiraf - "Fotoqraf məni 5 kişiyə satdı"
38 yaşlı isveçli model və aktrisa Frida Farrell 22 yaşında olarkən təcavüzə uğradığını, üç gün boyunca 5 nəfərə satıldığını bildirib.

Hazırda 38 yaşı olan Frida Farrell qeyd edib ki, 2002-ci ildə gözəllik müsabiqəsində iştirak etmək üçün Londona gedib. Küçədə gedərkən özünü fotoqraf kimi təqdim edən naməlum şəxs modelə yaxınlaşıb və fotosessiya etmək üçün öz kartını modelə verib.

Səhəri gün Frida Farrell kartdakı nömrəyə zəng edib və "fotoqraf"la görüşə gedib. İçəri girən kimi naməlum şəxs qapını içəridən bağlayıb və Frida Farrellin boğazına bıçaq dirəyərək ondan səs salmamasını tələb edib. "Sonra mənə süd içirdi. Çox güman ki, südün içərisində dərman var idi. Gözümü açanda otaqda 5 kişi gördüm. Sonra onlar binanı tərk etdilər. Polisə şikayət ərizəsi yazdım. Amma həmin şəxslərin sonradan həbs edilib edilmədiyini bilmirəm", deyə Frida Farrell qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru