Rəqsanə polis rəisindən 419 min manat borc alıbmış - Evi əlindən alındı

12-12-2018, 17:16           
Rəqsanə polis rəisindən 419 min manat borc alıbmış - Evi əlindən alındı
Qaradağ Rayon Polis İdarəsinin rəisi İbrahimov Əli Fərman oğlu müğənni Rəqsanə İsmayılovanın mənzilini əlindən alır.
UlduzumSan.Az open.az-a istinadən xəbər verir ki, polis rəisi Rəqsanə İsmayılovanı məhkəməyə verərək müğənninin Nəsimi rayonunda yerləşən mənzilindən istifadə hüququna xitam verilməsini tələb edib.
İşə Nəsimi Rayon Məhkəməsində baxılıb və polis rəisinin iddiası təmin edilib.
Qərarla razılaşmayan Rəqsanə İsmayılova Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məhəmmədovun sədrliyi ilə baxılaraq xüsusi qərar çıxarılıb. Qərara əsasən, Rəqsanə İsmayılovanın şikayəti təmin edilməyib.
Bununla da razılaşmayan müğənni Konstutisiya Məhkəməsinə müraciət edib. Hazırda onun şikayəti icraata götürülüb.
Qeyd edək ki, Rəqsanə İsmayılova bir neçə il əvvəl F.İbrahimovdan 419 min manat borc alıb və müqabilində Nəsimi rayonu ərazisində yerləşən mənzilini girov qoyub.
Müğənni pulu qaytara bilmədiyindən polis rəisi onun mənzilindən istifadə hüququna xitam verilməsini tələb edib.
Əldə etdiyimiz məlumata görə, Rəqsanə İsmayılova iddia edib ki, borc aldığı pulun 332 min dollarını qaytarıb, lakin əsas borcu qaytara bilməyib. O, borcu tam qaytara bilməməsini dolların qalxması ilə əlaqədar olduğunu bildirib.
Hazırda Əli İbrahimov Rəqsanə İsmayılovadan 450 min manat pul tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru