Acun “lənətləyirəm” dedi, polis hərəkətə keçdi – Türkiyədə qalmaqal/Video

18-12-2018, 10:44           
Acun “lənətləyirəm” dedi, polis hərəkətə keçdi – Türkiyədə qalmaqal/Video
TV8-in “MasterChef” proqramından istefa verən Murad Özdemirin sosial şəbəkədə yaydığı videogörüntü sərt təpkiyə səbəb olub.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, videoda Murad Özdəmirin evdə saxladığı tutuquşunu sanki boğaraq, ona ağır işgəncə verdiyi diqqət çəkir. Tutuquşunun az qala boğulduğunu vecinə belə almayan Özdəmirin hətta bu əməlindən zövq alırmış kimi, bunu Acuna xitabən etdiyi də diqqətdən yayınmır.

Acun Ilıcalı Muradın hərəkətlərinə sərt reaksiya verib və sosial mediada öz fikirlərini paylaşıb:

“Heyvanlara edilən zülmü lənətləyirəm. İnsanlığa sığmayan hərəkət edən amansız insanların cəzalandırılacağına inanıram”.

Qeyd edək ki, sosial mediada bu görüntüləri izləyənlər Muraddan adiyyəti qurumlara şikiayət ediblər.

Murad Özdəmirin narkotik maddələrdən istifadə etdiyi barədə də fikirlər səsləndirilib. Onun polis tərəfindən saxlanıldığı bildirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru