Kərim-Elza qalmaqalı böyüdü: “Mən olduğum toya gələ bilməz”

20-12-2018, 16:20           
Kərim-Elza qalmaqalı böyüdü: “Mən olduğum toya gələ bilməz”
Müğənni Kərim Abbasov verilişlərin birində küsülü olduğu əməkdar artist Elza Seyidcahan haqqında danışıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı bildirib ki, dəvət olunduğu toylarda qarşı tərəfin olmasına icazə vermir: "Neçə illərdir həm bütöv, həm də yarımsaatlıq toy aparıram. Cəmi bir dəfə Elza mən oxuyan toya gəlib.

Elza deyilən bir insan mənim toyuma gələ bilməz. Mənim publikam Elzanı sevə bilməz. Onu dəvət edə bilməzlər. Olduğum toylara Aygün Kazımova, Röya Ayxan gələ bilər, amma o, yox".

Qeyd edək ki, Elza Seyidcahan müğənni Damlanın fotosunu cıranda Kərimin onu müdafiə etməsi qarşı tərəfin xoşuna gəlməyib. Onlar arasında qalmaqal bundan sonra başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru