Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs edən “Miras” filmi təqdim olunub

22-12-2018, 06:03           
Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs edən “Miras” filmi təqdim olunub
Bakıda Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs edən “Miras” bədii-sənədli filminin təqdimatı olub.

“Report” xəbər verir ki, filmin dekabrın 21-də Nizami Kino Mərkəzində keçirilən təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, media təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Nobel Oil” şirkətinin sponsorluğu ilə ərsəyə gələn filmin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.

Film Bakı Media Mərkəzi tərəfindən ekranlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru