Elnarədən Röyaya Cavab - “Kişinin qızı belə görür...”

24-12-2018, 11:57           
Elnarədən Röyaya Cavab - “Kişinin qızı belə görür...”
Əməkdar artist Elnarə Abdullayeva həmkarı Röya Ayxanın tənqidinə cavab verib. Muğam ifaçısı Röyanın “Müğənni qız almaram” deyən sənətçilərə etiraz etməsinə münasibət bildirib.

E. Abdullayeva “Qafqazinfo”ya bildirib ki, R. Ayxan onların fikirlərinə hörmətlə yanaşmalıdır: “Bu, Röyanın öz işidir. Mən ona necə deyim ki, sən elə görmə, belə gör! Hamının bir fikri var. Amma hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır ki, sənin də fikrinə hörmətlə yanaşsınlar. Röya dünyaya bu cür baxır. Burda nə var ki? Bilmirəm ki, Röyanın ürəyində, fikrində və başında nə var... Röyanı çox sevirəm, amma onun hansı fikirlə dediyini bilmirəm. Açıqlama verəndə yanında olmamışam. Bir kəlmə sözün ucundan tutub ucuzluğa getmək olmaz. Mən nə bilim o hansı mənada deyir. Kişinin qızı belə görür”.

Qeyd edək ki, Röya “Show News”a açıqlamasında “müğənni qız almaram” deyən əməkdar artistlər Elnarə Abdullayeva, Könül Kərimova və digər məşhurların cavabını verərək onları sərt bir şəkildə tənqid etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru