Məşhur aktyor bütün sərvətini bağışlayacaq:"Öldükdən sonra bank hesabınızı özünüzlə apara..."

25-12-2018, 09:16           
Məşhur aktyor bütün sərvətini bağışlayacaq:"Öldükdən sonra bank hesabınızı özünüzlə apara..."
"Aslan və Əjdaha" filminin ulduzu, Honk Konqlu aktyor Çou Yun-fat 720 milyon dollarlıq sərvətini xeyriyyə qurumlarına ödənilməsini vəsiyət edib.

Teleqraf.com xəbər verir ki, 63 yaşlı Çou "Bu pula sonsuza qədər sahib olmaq mümkün deyil. Öldükdən sonra bank hesabınızı özünüzlə apara bilmərsiz. Bir gün getdikdə sərvətinizi başqalarına verməlisiz" deyə bildirdi.

Sadə həyat tərzilə diqqət çəkən, ictimai nəqliyyatdan istifadə edən, öz filminə baxmaq üçün bilet alıb növbəyə duran Çou Yun-Fat Honk Konqda "Qardaş Fat" ləqəbilə tanınır.

Həyat yoldaşı Jasmin Tan bildirib ki, Çou piyada gəzməyi xoşlayır və köhnə Nokia telefonununun ekranı sındığı üçün yenisini almağa məcbur olub.

Oskar mükafatlı "A Better Tomorrow"la da tanınan Çou 2015-ci ildə "Forbes" jurnalının ən çox qazanan aktyorları sırasında yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru