Flora Kərimova Zaura elə sözlər dedi ki...

26-12-2018, 08:20           
Flora Kərimova Zaura elə sözlər dedi ki...
Xalq artisti Flora Kərimova ATV kanalında yayımlanan Zaur Baxşəliyevin “Bizimləsən” verilişində qonaq olub.

Moderator.az xəbər verir ki, Z.Baxşəliyev verilişində çox xeyirxah həkimlərin olduğunu və xəstələrə təmənnasız köməklik göstərdiklərini bildirib. Bu zaman F.Kərimovanın gözlənilməz cavabı Z.Baxşəliyevi pərt edib. F.Kərimova bildirib ki, sənin reklam etdiyin həkimin yanına xəstə yolladım, amma kabinetinin qapısını açmadı:

“Zaur, çox sağ olun ki, siz əlinizdən gələni edirsiniz. Amma bir müddət öncə sizin reklam etdiyiniz həkimlərdən birinə müracət edib dedim ki, sizin yanınıza kasıb xəstə yollasam, ona kömək edərsinizmi? Həkim dedi ki, “Flora xanım, göndərin gəlsin”. Mən maddi imkanı olmayan xəstəni həkimin yanına göndərdim, amma o, xəstəyə kabinetinin qapısını açmadı”.

F.Kərimovanın cavabı qarşısında pərt olan Z.Baxşəliyev deyib ki, bizə zəng vursaydınız, məsələni həll edərdik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru