Azərbaycanlı aktrisa Rusiyanın birinci telekanalında VİDEO

4-01-2019, 07:52           
Azərbaycanlı aktrisa Rusiyanın birinci telekanalında VİDEO
Birinci telekanal Osmanlı sultanının Rusiya səfirliyinin əməkdaşına aşiq olmasından bəhs edən və azərbaycanlı aktrisanın rol aldığı tarixi serialı yayımlayacaq
Rusiyanın Birinci telekanalı "Qəlbimin sultanı" rus-türk tarixi serialının yayımına başlayacaq. Həmin serialda baş rollardan birini azərbaycanlı aktrisa Gülay Hüseynova canlandırır.

Aktrisanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, serialın yayımına yanvarın 8-də başlanacaq. Serial Rusiya və Türkiyə auditoriyaları üçün müxtəlif versiyalarda hazırlanıb və layihədə fərqli montaj işi görülüb. Türkiyədə səkkiz seriyalı filmin premyerası yayda baş tutub. Rusiyada bu filmin 24 epizoddan ibarət versiyası yayımlanacaq. Film türk dilində çəkilib və Birinci kanalda nümayişi üçün rus dilində dublyaj edilib.

Serialın rejissoru hollivudlu Bobbi Rotdur. Rot film sənayesində kulta çevrilmiş "Həbsxanadan qaçış", "Sağ qalan" televiziya layihələrinin müəllifidir. Serial dünyanın 44 ölkəsində yayımlanacaq. Azərbaycanlı aktrisa Gülay Hüseynova filmdə Reyhan Kalfa rolunu canlandırır.

Film Osmanlı imperatorunun Rusiya səfirliyinin nümayəndəsi olan qıza sevgisindən bəhs edir.

Gülay Hüseynova artıq üçüncü ildir ki, İstanbulda yaşayıb işləyir. O, aktyorluq fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.