"Soyuğun günündə qazsız qalmışıq" - Tolik Azəriqazı ittiham etdi

4-01-2019, 20:34           
"Soyuğun günündə qazsız qalmışıq" - Tolik Azəriqazı ittiham etdi
Nərimanov rayonu Gülarə Qədirbəyova 14/16/18 küçəsində yerləşən binaya qaz verilmir.

BiG.AZ xəbər verrir ki, bu barədə aparıcı prodüser Tarix Əliyev məlumat verilib. O, Azəriqaz rəsmilərinə üz tutaraq binanın qaz probleminin həlli istiqamətində işlər görülməyini xahiş edib:
"Soyuqdan bilmirəm nə edim. Əslində binada hər şey yaxşıdır, asfalt salınıb. Su, işıq var. İndi isə qazın xəttini çəkdilər, amma mən 205 mənzilin sahibini haradan tapım ki hamısı sayğac alıb qoysunki qaz verilsin. Binada 100-ə yaxın ailə var, soyuğun günündə qazsız qalmışıq. O birilər də ev alıblar, amma yaşamırlar. Mən camaatı necə məcbur edim ki gəl, sayğac al qoy. Bu nə qanundur Azəriqaz çıxarıb? Yaşayışı olanlara qaz verin, olmayanlara verməyin. Mən neçə il gözləyim ki binaya hamı köçsün?"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.