“Eurovision” çadır şəhərciyində keçiriləcək

5-01-2019, 07:40           
“Eurovision” çadır şəhərciyində keçiriləcək
“Eurovision 2019” 14-18 may tarixlərində keçiriləcək
İsraildə keçiriləcək “Eurovision 2019”un keçiriləcəyi məkan məlum olub. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Təl-Əviv merinin müşaviri Rona Xuldayi İlana Mixaeli deyib ki, beynəlxalq musiqi müsabiqəsinin yeri müəyyən edilib. Bu şəhərə yaxın olan çadır şəhərciyidir.

Müşavir deyib ki, artıq şəhərciyi müsabiqəyə hazırlamaq üçün tender də elan ediblər.

“Eurovision 2019” 14-18 may tarixlərində keçiriləcək.

Bu şəhərcikdə büdcəyə uyğun yerlər olacaq. Bəzi yerlərdə istənilən izləyici öz çadırını quraraq müsabiqəyə baxacaq. Bəzilərinə təşkilatçılar kiçik evlər təklif edəcəklər.

Eyni zamanda əyləncə və yemək üçün yerlər də olacaq.

Müsabiqə bitəndən sonra bu şəhərcikdə LGBT parad da keçiriləcək. İsrailli Netta Barzilay “Eurovision 2018”in qalibi olandan sonra ölkə bu müsabiqəni keçirmək hüququnu qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru