“ARB 24”ün şef-redaktoru işdən çıxarıldı

6-01-2019, 16:22           
“ARB 24”ün şef-redaktoru işdən çıxarıldı
“ARB 24” telekanalının şef-redaktoru Azadə Balayeva işdən çıxarılıb. AzEuroNews.com xəbər verir ki, buna səbəb telekanal rəhbərliyi ilə xanım jurnalist arasında yaranan problem olub. Əldə etdiyimiz məlumata görə, “ARB 24”ün rəhbərliyi A.Balayevanın fəaliyyətindən narazı olub və onun işdən uzaqlaşdırılması ilə bağlı ötən gün qərar verilib.

Məlumat üçün qeyd edək ki, A.Balayeva “Space” televiziyasının “Hər gün” xəbərlər xidmətinin rəhbəri olub. O, telekanalın prezidenti Vaqif Mustafayevin əmri ilə işindən azad olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru