Xalq artistindən AĞIR SÖZLƏR: “Get, sazını çal”

9-01-2019, 18:42           
Xalq artistindən AĞIR SÖZLƏR: “Get, sazını çal”
Xalq artisti, məşhur diktor Sabir Ələsgərli efirdə aparıcılıq edən müğənniləri sərt tənqid edib.
Yenicag.az-a açıqlama verən diktor reytinq xatirinə onlardan istifadə olunduğunu bildirib:
“Baxırsan efirlərə, müğənnilər hamısı aparıcılıq edir. Rəhbərlik bunlara niyə icazə verir? Adama deyərlər, müğənnisən, get, mahnını oxu, aşıqsan, get, sazını çal. Bunlar hamısı efirlərə reytinq xatirinə çıxarılır. Verilişdə səs-küy, qalmaqal yaratsınlar, izləyicisi çox olsun. Bu müğənnilər də toy tutmaq, qazanc artırmaq məqsədi ilə aparıcılıq edir. Olmaz belə. Aparıcı peşəkar olmalıdır, öz işinin öhdəsindən gəlməyi bacarmalıdır. Müğənni nə bilir aparıcılıq nədir?”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru