AZƏRIN "YOXLAMA"SINA ŞOK ITTIHAM - 1000 AZN-LIK ŞANTAJ - VİDEO

10-01-2019, 11:39           
AZƏRIN "YOXLAMA"SINA ŞOK ITTIHAM - 1000 AZN-LIK ŞANTAJ - VİDEO
Teleaparıcı Azər Zahidin "Youtube" kanalında təqdim edilən "Yoxlama" verilişi reketlikdə ittiham edilir.

Teref.az BAKU.WS-ə istinadən xəbər verir ki, Gəncədə yerləşən "Nostalji" restoranının direktoru Anar Məmmədov bununla bağlı sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, əvvəlcə verilişin əməkdaşı Xaliq Camalzadə restorana gələrək 1000 AZN qarşılığında restoranı reklam etməyi təklif edib. Reklam razılaşması baş tutmadıqdan sonra aparıcı Azər Zahid restorana gələrək çəkiliş aparmaq istədiyini bildirib:

"Keçən ay 2 dekabr tarixində bir qrup şəxsin "Yoxlama" verlişi adı ilə restoranımıza daxil olaraq "burada çəkiliş aparmalıyıq" deyərək bir video hazırlayıb. Həmin görüntüləri öz "Youtube" kanallarında paylaşaraq bizim restoranı pisləyiblər", - restoran rəhbərliyi deyib.

Azər Zahid zənglərimizə cavab vermədiyi üçün mövqeyini öyrənə bilmədik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru