Ötən ilin sentyabrında ailə quran aktyor Mert Fırat və İdil Fıratın boşanacağı barədə xəbərlər yayılıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayılan xəbərlərdən sonra aktyor İnstaqram hesabında xanımı ilə çəkilmiş şəklini paylaşıb və onu ad günü münasibəti ilə təbrik edib:
"Hər gün yenidən aşiq olduğum adam. Yaxşı ki, doğulmusan. Yaxşı ki, bir-birimizi tapmışıq. Hər günümüz, hər ilimiz əvvəlkindən daha gözəl keçsin. Səni çox sevirəm, canım"