Məşhur aktyor Kris Pratt Arnold Şvarseneggerlə qohum olacaq FOTO

15-01-2019, 07:41           
Məşhur aktyor Kris Pratt Arnold Şvarseneggerlə qohum olacaq FOTO
Tamaşaçılara "Qalaqtikanın keşikçiləri" məşhur kinoserialından tanış olan məşhur aktyor Kris Pratt həmkarı, eyni zamanda Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarseneggerin böyük qızı Ketrin ilə nişanlanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda aktyor özünün "Twitter" səhifəsində bildirib.

"Əziz Ketrin, mən xoşbəxtəm ki, sən razılıq (evlilik təklifinə -red) verdin!", - deyə o yazıb. TMZ nəşrinin məlumatına görə, Kris Pratt və Ketrin Şvarsenegger ötən ilin iyununda tanış olublar. Cütlüyün toyunun tarixi barədə hələ məlumat verilmir.

39 yaşlı Pratt "Qalaqtikanın keşikçiləri" də daxil olmaqla, "Yura dövrünün dünyası 3", "Qisasçılar: Sonsuzluğa qədər müharibə" və s. 47 film, teleserialda çəkilib.

Daha əvvəl məlum olub ki, aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarsenegger özünün "Bugatti Veyron" avtomobilini 2,5 milyon dollara satıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru