Beyons Bakıya gəlir?

18-01-2019, 07:16           
Beyons Bakıya gəlir?
Dünyaca məşhur müğənni Beyonsun Azərbaycana gələcəyi barədə məlumat yayılıb. “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan afişada 37 yaşlı pop ulduzun adı əks olunub. Qeyd olunub ki, Beyons Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan konsertdə çıxış edəcək.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün “Baku Grand Prix” şirkətinin milli mətbuat katibi Nigar Arpadarai ilə əlaqə saxlayıb.

O, Bakıya gələn ulduzların adının hələ müəyyənləşmədiyini qeyd edib: “İndi dəqiq məlumat verə bilməyəcəyik. Çünki ulduzlarla danışıqlarımız gedir, yekun qərar verilməyib. Beyonsun gəlib-gəlməyəcəyi barədə cavab vermək tezdir. Biz 1 ay sonra Azərbaycana hansı dünya ulduzlarının gələcəyini müəyyənləşdirəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru