Türkiyəli müğənni Gürcüstana buraxılmadı - Şok

20-01-2019, 16:43           
Türkiyəli müğənni Gürcüstana buraxılmadı - Şok
Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaç konsert vermək üçün yollandığı Gürcüstana buraxılmayıb.

Teleqraf.com xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkələrdə məlumat paylaşıb.

"Məni bir olsa da sevirsinizsə, Gürcüstana addım atmayın", - deyə İnstaqram hesabında yazıb.

Gürcüstan aeroportunun girişində gərginlik yaşayan ifaçı növbəti paylaşımında uzun mübahisə və müzakirələrdən sonra ölkəyə daxil olduğunu qeyd edib: "Bir daha Gürcüstana gəlmərəm dediyimə görə hirsləniblər. Hava limanına düşər-düşməz məni otağa aparıb üst-başımı axtarmağa başladılar. Mən də hirslənib bir də buraya gəlmərəm dedim. Səhv məndədir, niyə konsert verirsən, evində otur, pensiyaya çıx da. Dərmanlarımı da götürdülər. Hələ konsert də verəcəyəm, mən əsəbləşməyim, kim əsəbləşsin? Skleroz xəstəsiyəm, 24 saat dərmanlarımı üstümdə gəzdirirəm, reseplər də yanımdadır. Fikirləşib özlüyümdə deyirəm Gürcüstanın səhvi yoxdur, səhv məndədir ki, dərmanlarımı İstanbulda içib buraya gəlməli idim".

O, aeroportdakı anlaşılmazlıqdan sonra konsertini uğurla başa vurduğunu söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru