O, dəqiqəyə bir milyon qazanacaq

21-01-2019, 06:08           
O, dəqiqəyə bir milyon qazanacaq
Aktyor Deniel Kreyq bu dəfə də Ceyms Bond rolunda çəkiləcək.

Teref.az Sfera.az-a istinadən xəbər verir ki, 50 yaşlı aktyor artıq yeni "Ceyms Bond" filminin prodüseri ilə danışıqlara başlayıb.

Sonuncu dəfə 2015-ci ildə "Agent 007: Spektr"də çəkilən Kreyq dizlərindən travma aldığından layihədəki rolunu yarımçıq qoymuşdu. O, bir daha bu filmə çəkilməyəcəyini desə də, amma onu razı sala biliblər.

Məlum olub ki, bunun üçün Denielə 50 milyon sterlinq (160 milyon AZN) təklif olunub. Bu isə o deməkdir ki, aktyor filmin hər dəqiqəsi üçün 1,1 milyon pul qazanmış olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru