Rüfət Axundov “Space”dəki söyüşlü mahnısı barədə danışdı – VİDEO

8-04-2019, 00:20           
Rüfət Axundov “Space”dəki söyüşlü mahnısı barədə danışdı – VİDEO
Xəbər verdiyimiz kimi, Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) “Space” televiziyasını cərimələyib.
Buna səbəb kimi əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun “Hər səhər” proqramında mahnı oxuyarkən qeyri-etik ifadələr işlətməsi olub.
Bildirilir ki, Rüfət Axundov fonoqramla mahnı oxuyarkən səs rejissoru mikrofonları bağlamağı unudub. Həmin an Rəşad və Rüfət qeyri-etik ifadələr işlədib və həmin səs efirə gedib.
Tərəf.az bildirir ki, Rüfət Axundov sosial şəbəkədə video görüntü yayaraq bunun montaj olduğunu iddia edib: “Kimsə düşmənçiliklə və ya zarafatla edibsə, yaxşı da alınmayıb. Məni tanıyanlar tanıyır ki, heç bir qalmaqalda yoxam. Bunun arxasınca getmək fikrim də yoxdur. Mənim mahnımı oxumuşam, fonoqram gedib. Kimsə götürüb üstünə söyüş qoyubsa, ayıb olsun”. O daha sonra verilişdəki videonu yayımlayaraq, söyüşlərin montaj olduğunu iddia edib. /Lent.az/














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru