Rasim Balayev: “Ordumuz Ermənistanı bir neçə günə yox edər”

9-04-2019, 10:43           
Rasim Balayev: “Ordumuz Ermənistanı bir neçə günə yox edər”
“Bu gün Azərbaycanın güclü ordusu var və bu ordu bir neçə günə Ermənistanı yox edə bilər”.
Bunu Moderator.az-a açıqlamasında görkəmli aktyor, xalq artisti Rasim Balayev bildirib. Onun sözlərinə görə, bu məsələdə ölkəmiz üçün yeganə başlıca əngəl xristian dünyası və onun Ermənistanın himayə edilməsinə yönəlik siyasətidir:
“Təəssüflər olsun ki, xaç dünyası Qarabağ probleminin həllinə imkan vermir. Baxmayaraq ki, onlar bilirlər ki, Qarabağ məsələsində Ermənistan haqsızdır. Torpaqları işğal edilən, təcavüzə məruz qalan tərəf Azərbaycandır. Lakin yenə də bizə öz haqqımızı bərpa etməyə imkan vermirlər.
Ölkə başçısı Qarabağ probleminin həlli üçün əlindən gələni edir. Ümid edirik ki, Azərbaycanın haqlı mövqeyi bir gün qalib gələcək və işğaldakı torpaqlarımızın azadlığına nail olacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru