“Damlaya, Şəbnəmə, Üzeyirə qulaq asa bilmirəm” - QALMAQAL

9-04-2019, 19:29           
“Damlaya, Şəbnəmə, Üzeyirə qulaq asa bilmirəm” - QALMAQAL
“Mən Damlaya, Üzeyir Mehdizadəyə, Şəbnəm Tovuzluya qulaq asmıram”. Bu sözləri Lent.az-a açıqlamasında müğənni Emil Rəhmanov deyib.

O bildirib ki, qulaq asdığı musiqiçilər çox azdır: “Üzeyirlə tanışlığım yoxdur. Eşitdiyimə görə, tərbiyəli oğlandır. Lap yaxşı. İnsan kimi ona nəsə deyə bilmərəm. Amma ona qulaq asa bilmərəm. Ona qulaq asanda 2-3 gün yata bilmirəm. Yuxum qaçır, əsəblərim korlanır. Damlanın səsi var. Allah ona görünüş, səs verib, amma sadəcə olaraq oxumaq üslubu düzgün deyil. Bir də zövqü vacib deyil. Bir musiqiçi kimi bu insanları təhqir eləmirəm. Düzünü demək mənim borcumdur. Şəbnəm Tovuzlunun qəşəng səs tembri var, amma bir az janrı dəyişmək lazımdır. Çünki Allah hər birinizə səs verib, onu savadlı musiqiyə xərcləyin. Hazırda bu 3 ifaçının ifa etdiyi mahnılar savadlı musiqi deyil”.

E.Rəhmanov dinlədiyi ifaçılardan da danışıb: “Deyirlər ki, bayağı musiqi. Əslində bayağı musiqi yoxdur. Savadlı və savadsız musiqi var. Mənim acığım gələn musiqilər var. Mən Şövkət Ələkbərovaya, Teymur Əmraha, Elton Hüseynəliyevə qulaq asıram”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru