Azərbaycanlı müğənni erməni ilə duet oxudu

16-04-2019, 12:29           
Azərbaycanlı müğənni erməni ilə duet oxudu
Rusiyada yaşayan azərbaycanlı müğənni Elman Zeynalov Qazaxstanda çəkilən klipini təqdim edib.

Axşam.az xəbər verir ki, “Новая Фабрика звезд” müsabiqəsinin finalçısı “Уставший город” adlı mahnısında erməni həmkarı Artur Bestlə duet oxuyub.

Qeyd edək ki, Elman Zeynalov Sumqayıtda doğulub. O, daha sonr ailəsi ilə birgə Rusiyanın Rostov şəhərinə köçüb. Müğənni Rusiyada qatıldığı yarışma ilə məşhurlaşıb.

Artur Best isə erməni əsilli ifaçı və bəstəkardır. O, “Qolos”, “X – factor” kimi yarışmaların iştirakçısı olub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.