"İtimi tapana 1000 manat verəcəm" demişdi, "Səni axtarıram"a çıxdı, itinə qovuşdu

16-04-2019, 19:28           
"İtimi tapana 1000 manat verəcəm" demişdi, "Səni axtarıram"a çıxdı, itinə qovuşdu
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə itini axtaran Farina adlı qadının videosu yayılmışdı. Artıq Farina adlı qadının iti tapılıb.

BiG.AZ xəbər verir ki, bunu Xəzər Televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişində məlumat verilib.

Aparıcı bildirib ki, qadın itmiş iti üçün bizə də müraciət etmişdi: "Əməkdaşlarımız itin tapıldığını söylədi".

Xoşqədəm Hidayətqızı qadının ağlamasını ələ salanları da qınayıb.

Qeyd edək ki, qadın iti üçün zülm-zülm göz yaşı tökərək heyvanı tapanları mükafatlandıracağını demişdi: "İtimi tapana 1000 AZN mükafat verəcəyəm. İtimi maşının arxa pəncərəsindən oğurlayıblar. Adı Riçidir. Qurban olum itimi qaytarın. O itsiz mən yaşaya bilmərəm. Gecəni maşında yatmışam. Ağlamaqdan gözlərim şişib”.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru