Röyaya efirdə söyüşə görə hansı cəza veriləcək? - VİDEO

17-04-2019, 00:01           
Röyaya efirdə söyüşə görə hansı cəza veriləcək? - VİDEO
Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə faktdır. Bu məsələnin aylar sonra hansı məqsədlə medianın gündəminə gəlməsi maraqlı məsələdir.

Bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib:

“Bilirsiniz ki, televiziyalarda canlı yayım zamanı ləngitmə prosesi var. Əgər canlı yayım zamanı hər hansı xoşagəlməz ifadələr işlədilsə, bu ifadənin kəsilməsi və ya yerinə hər hansı başqa səsin verilməsi mümkündür. ATV-də belə imkanları var. Özüm izləmişəm, canlı yayım zamanı bu səslər kəsilib və efirə getməyib. Əgər o xoşa gəlməz ifadə efirə getsəydi, biz bunu bilərdik və telekanalla bağlı tədbir görərdik”.

Qeyd edək ki, sosial şəbəkədə yayılan videoda Röya “Zaurla Günaydın” verilişində Günayın qulağına dediyi söyüş açıq-aşkar eşidilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru