Balaş Qasımovun komandası "Nə? Harada? Nə zaman?"ın yaz mövsümünün finalında qalib gəlib

22-04-2019, 12:44           
Balaş Qasımovun komandası "Nə? Harada? Nə zaman?"ın yaz mövsümünün finalında qalib gəlib
Balaş Qasımovun komandası "Nə? Harada? Nə zaman?"ın yaz mövsümünün finalında qalib gəlib.
"Report" "Birinci kanal"a istinadən xəbər verir ki, "Brilyant bayquş" və "Büllur bayquş" mükafatlarının qalibi B.Qasımovun komandasının televiziya tamaşaçılarına qarşı oyunu klub tarixindəki yubiley - 500-cügörüş olub.
Bildirək ki, oyunun gedişində B.Qasımovun kapitanı olduğu "bilicilər" hesabda 2:5 geri düşsə də, sonda 6:5 hesabı ilə qalib gəliblər.
Aprelin 21-də keçirilmiş oyunda komandanın heyətində "Büllur bayquş"un üçqat qalibi Dmitri Avdeyenko, "Büllur bayquş"un üçqat qalibi Yuliya Lazareva, iki dəfə "Büllur bayquş" qazanmış Mixail Skipski, ikiqat "Büllur bayquş" sahibi, "Nə? Harada? Nə zaman?" oyununun magistri Yelizaveta Ovdeyenko və bu oyunun sonunda "Büllur bayquş"u qazanan Elman Talıbov (Bakı) yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru