"Yıxdım, sürüdüm, atdım zibilliyə..." - Nazpərinin qardaşı qızı

22-04-2019, 12:58           
"Yıxdım, sürüdüm, atdım zibilliyə..." - Nazpərinin qardaşı qızı
"Ay camaat, mən heç kəsdən qorxub videoları silməmişəm. Onlar haranın tulasıdır ki, qorxum?! Düz söz danımışam da".
Open.az xəbər verir ki, bu sözləri özünü xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı kimi qələmə verən və 6 yaşında ona atasının təcavüz etdiyini iddia edən Pərvanə Dostəliyeva söyləyib.
O, səhifəsində paylaşdığı sözügedən videoları silməsinə münasibət bildrib: "Baxdım bunların səsi çıxmır, ona görə sildim. Təkbaşına söhbəti uzatsam, hamı elə biləcək ki, populyarlıq üçün sataşıram. Əgər bu dəqiqə mənim haqda bir kəlmə artıq söz yayılsa, danışmadıqlarımı da ortaya tökərəm. Kimdən qorxacam? İki qoca "barbi"dən yoxsa "bomj"dan? Mənə nə lazım idi, onu da elədim. Dediklərimə it kimi peşman oldular. Camaat artıq bu söhbətdən bezmişdi. Yıxdım, sürüdüm, atdım zibilliyə... Sayəmdə yazıq Zeynəb də 5 gün reklam oldu. Əgər qorxsaydım, bu işə heç baş qoşmazdım. Düzdür, əvvəl qorxurdum. Çünki orada idim. Həm də biabır olmaq istəmirdim. Videoları özüm sildim səhifədən. İnsanların beynindən onsuz da silinməyəcək".
Qeyd edək ki, Pərvanə 6 yaşında atası tərəfindən Zeynəb Dostəliyevanın evində təcavüzə məruz qaldığını açıqlayıb. N.Dostəliyeva açıqlama verərək, onun qardaşının qeyri-qanuni övladı və gənclik səhvi olduğunu bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.