Afəti Rusiyada pul yağışına tutdular

25-04-2019, 11:51           
Afəti Rusiyada pul yağışına tutdular
Müğənni Afət Fərmanqızı yeni videogörüntüsü ilə yenə gündəmə gəlib.
“Ölkə.Az” xəbər verir ki, Rusiya əyalətlərinin birində toy məclisinə qatılan müğənni, rəsmən “pul yağışına” tutulub.
Belə ki, məclisdə Nəsiminin “Pəncu Şeş” qəzəlinə oxuduğu mahnısını ifa edən müğənninin başına pul səpələyiblər. Fərmanqızı görüntüləri öz İnsagram hesabından paylaşıb.
İfaçı videoya özünə məxsus şərh də verib:
“Ürəyi zəif olanlar üçün. Səhər ac qarnına iki dəfə. Ürəyin ritmini qaydaya salır”.
Görüntü İnstagram izləyiciləri tərəfindən maraqla qarşılansa da, narazı olanlarda tapılıb.
“Siz böyük müğənni olsaydınız, imkan verməzdiniz o pulları ayaq altına səpsinlər. Onun üçün Nəsimidən oxumaq yox, Nəsimini oxumaq lazım idi.“-deyə fikir bildirənlərdə olub.
Xatırladaq ki,böyük şair Nəsimidən “Pəncü Şeş” qəzəlini hind musiqisi üzərində oxuyan müğənni tənqid edilmişdi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru