Camal Əli öz "zarafat"ı ilə Meydan TV-ni naqolay duruma qoydu
30-04-2019, 12:22
Ötən gün sosial şəbəkələrdə Meydan TV-nin başına repçi Camal Əlinin gətirildiyi xəbəri yayılmışdı.
Musavat.com xəbər verir ki, Almaniyada yaşayan Həbib Müntəzir məlumatın yanlış olduğunu və zarafat etdiklərini bildirib. “Camal Əli dəyərli dostumuzdur. Dünən bir zarafat edib, onu ciddiyə alan dostlarımız olub. Bəzi saytlar da ciddiymiş kimi xəbər hazırlayıb, yanlış informasiya yayıblar, etməyin.
Bundan sonra nə olacaq, ona təşkilatın idarə heyəti və üzvləri qərar verəcəklər. Hələlik direktor olmadan da Meydan TV öz fəaliyyətini davam etdirəcək.
Çalışacağıq daha proqressiv və jurnalistik peşəkarlığa uyğun sizlərə materiallar çatdıraq, ölkədəki informasiya blokadasını yararaq, ictimaiyyəti məlumatsız qoymayaq”.
Amma həmkarımızı ictimai fiqur olduqlarını nəzərə alaraq publik şəkildə belə zarafatlar etməsələr, öz reputasiyalarını qorumuş olarlar.