Demet Akalından Kerimcan Durmaza sərt sözlər - "Sənin necə tərəfini tutum?"

30-04-2019, 13:18           
Demet Akalından Kerimcan Durmaza sərt sözlər - "Sənin necə tərəfini tutum?"
Dağ boyda ərim var, ondan utandım

Türkiyəli məşhur müğənni Demet Akalın bir neçə gün əvvəl intim görüntüləri yayılan vizajist, DJ Kerimcan Durmazın ünvanına sərt sözlər deyib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kanal D-də yayımlanan “2.Sayfa” verilişinə zəng edən Demet Akalın bir müddət çox yaxın dostu olan Kerimcan Durmaz haqqında danışıb.

O, “Kerimcanın təyyarənin tualetində çəkdiyi iyrənc görüntüyə görə necə tərəfini tutum? Mən ona dəfələrlə dedim ki, heç kim sənin sonunu gətirə bilmədi, amma özün gətirəcəksən. Mən evli-uşaqlı qadınam. Dağ boyda ərim var, ondan utandım” sözlərini deyib.

Kerimcan Durmaz paylaşdığı videoya görə İnstagramda 100 min izləyicisini itirib.

Qeyd edək ki, Kerimcan Durmaz sosial media hesabında masturbasiya edərkən çəkilmiş görüntülərini yayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.