"Səməd Vurğunun "Vaqif" dramında Ağa Məhəmməd Şah Qacara yanaşma düzgün olmayıb"

1-05-2019, 12:47           
"Səməd Vurğunun "Vaqif" dramında Ağa Məhəmməd Şah Qacara yanaşma düzgün olmayıb"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə AMEA-nın Ümumi yığıncağında Xalq şairi Səməd Vurğunun "Vaqif" dramında Ağa Məhəmməd Şah Qacara yanaşmanın düzgün olmadığını bildirib.

"Report"un xəbərinə görə, A.Əlizadə dramı oxuduğunu bildirərək qeyd edib ki, əsərdə Ağa Məhəmməd şah Qacar hiddətlənərək Molla Pənah Vaqifin arxasınca "Aparın, aparın onu zindana, göz dağı çəkdirin Azərbaycana" deyir:
"Sənədlərlə tanış olduqda görürsən ki, Qacar əsərdə təqdim edilən kimi bir şəxsiyyət olmayıb. Sənədlərdə Qacarla bağlı xeyli müsbət məqamlar var. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında Ağa Məhəmməd şah Qacar şəxsiyyətinə sənədlərlə nəzər salıb".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru