Röya Ayxan oğlunun təhsil aldığı məktəb direktoruna səsləndi: "Hüseyn evə ağlayaraq..."

12-05-2019, 00:29           
Röya Ayxan oğlunun təhsil aldığı məktəb direktoruna səsləndi: "Hüseyn evə ağlayaraq..."
Uşağa sənin anan müğənnidir, sənin atan aparıcıdır və s. kimi sözlər demək olmaz

Əməkdar artist Röya Ayxan maraqlı açıqlaması ilə diqqət çəkib.

"Zaurla Günaydın” verilişində qonaq olan əməkdar artist Röya Ayxan oğlu Hüseynin təhsil aldığı məktəbdən şikayət edib:

"Valideynlər başqasının həyatını müzakirə etməməlidirlər. Məktəbdə uşaqlar dava ediblər. Uşağa sənin anan müğənnidir, sənin atan aparıcıdır və s. kimi sözlər demək olmaz. Hüseyn evə ağlaya-ağlaya gəldi. Dedim ki, sən yaxşı etmisən. Buna direktor nəzarət etməlidir. Düzdür, bu valideynlərin günahıdır ki, uşaqların yanında hər şey danışırlar. Mənə uşaqlıqda deyirdilər ki, atası bunları atıb, gedib. Bu, məndə tramva yaradıb. Ona görə də uşağa inanmaq və hər şeyi başa salmaq lazımdır. Oğlum "Modern School”da oxuyur” . (aznews.az)

Röya Ayxan Hüseyni xaricə göndərəcəyini də açıqlayıb: "Oğlum iki-üç ildən sonra xaricə oxumağa gedəcək. O gedəndə mən də gedəcəm. Onsuz da burada az oluram. Üzərində əsməyi çox xoşlamıram. Nəzarəti hiss etməlidir. Evdə mənə heç vaxt güvənməyiblər, düzünü deyirdim, daim döyürdülər. Bu içimdə qalıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru