"Eurovision"da sürpriz olacaq

18-05-2019, 00:04           
"Eurovision"da sürpriz olacaq
Müsabiqənin finalı mayın 18-də İsrailin paytaxtı Təl-Əviv şəhərində keçiriləcək
Populyar amerikalı müğənni Madonna mayın 18-də keçiriləcək "Eurovision" musiqi müsabiqəsinin finalında reper Quavo ilə birlikdə yazdığı "Future" sinqlini ifa edəcək. Sputnik Azərbaycan bu barədə müsabiqənin saytına istinadən xəbər verir.

"Madonna mayn 18-də müsabiqənin finalında 2 mahnı ifa edəcək: 1989-cu ilin populyar hiti olan "Like A Prayer"i və amerikalı reper Quavo ilə birgə səsləndirəcəyi eksklüziv "Future" kompozisiyasını" - saytda yerləşdirilən məlumatda deyilir.

Təşkilatçıların sözlərinə əsasən, "Eurovision" tamaşaçıları Madonnanın yeni "Madame X" albomuna daxil olacaq "Future" mahnısını ilk dəfə eşidəcəklər. Madonna müsabiqənin finalının qonağı olacaq.

Müsabiqənin finalı mayın 18-də İsrailin paytaxtı Təl-Əviv şəhərində keçiriləcək. Finalda qalib adı uğrunda 26 ölkədən olan iştirakçılar mübarizə aparacaqlar. Onların arasında Azərbaycanı təmsil edən Çingiz də var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru