“Avroviziya”nın qalibi müsabiqənin əsas qaydasını pozub – VİDEO

20-05-2019, 08:36           
“Avroviziya”nın qalibi müsabiqənin əsas qaydasını pozub – VİDEO
"Avroviziya-2019” müsabiqəsinin qalibi hollandiyalı Dunkan Lourens mahnı müsabiqəsinin əsas qaydasını pozub – o, repertuarında olan köhnə mahnını oxuyub.
Teref.az Buta.media-ya istinadla xəbər verir ki, müğənninin analoji kompozisiya ilə çıxışı 2017-ci ildə YouTube-da yerləşdirilib.

"Arcade " mahnısını ifa edən 25 yaşlı Dunkan Lourens 492 bal toplayıb. İkinci yeri 465 balla italiyalı artist Mahmood, üçüncü isə 369 balla Sergey Lazarev tutub.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev finala qədər yüksələrək 20-ci nömrə altında "Truth” (Həqiqət) mahnısı ilə çıxış edib. O, 297 xalla 7-ci yerdə qərarlaşıb.

Müsabiqə İsraildə keçirilib və finalda 26 ölkə iştirak edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru